Ərdoğanın baş müşaviri Rusiya XİN-in nümayəndəsi ilə Bakı-İrəvan sülh prosesini müzakirə edib
Siyasət
113
21:35, Bu gün

Ərdoğanın baş müşaviri Rusiya XİN-in nümayəndəsi ilə Bakı-İrəvan sülh prosesini müzakirə edib

Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.

Moderator.az xəbər verir ki, Akif Çağatay Kılıç bu barədə "X" sosial şəbəkə hesabında payaşım edib.

"Görüş zamanı Türkiyə-Rusiya ikitərəfli münasibətləri, Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olunmasına yönəlmiş normallaşma prosesi və Cənubi Qafqazdakı son hadisələri müzakirə etdik", - deyə o, paylaşımda yazıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər