Boston sakinləri Xocalı soyqırımı barədə məlumatlandırılıblar
Siyasət
94
20:40, Bu gün

Boston sakinləri Xocalı soyqırımı barədə məlumatlandırılıblar

Tarixin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar ABŞ-nin Boston şəhərində LED ekranlı avtomobillərin iştirakı ilə məlumatlandırıcı aksiya keçirilib.

Moderator.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə aksiya Bostonun ən intensiv hərəkətli və strateji əhəmiyyətli küçə və meydanlarında baş tutub.

LED ekranlı avtomobillər Boston Şəhər İdarəsinin və Massaçusetts ştatının Qubernator Evinin qarşısından keçərək Kopley meydanında hərəkət edib. Xocalı ilə bağlı tarixi həqiqətləri geniş ictimaiyyətə çatdırmaq üçün avtomobillər şəhərin mərkəzi küçələri - Boylston, Tremont, Vaşinqton və Bikon istiqamətlərində də yürüş ediblər.

Ekranlarda ölkəmizin tarixində dərin iz buraxan Xocalı faciəsinin ağır nəticələrini göstərən şəkillər, ədalətə çağırış mesajları, yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilən cinayət hadisəsi barədə geniş məlumatlar nümayiş olunub. Həmçinin Xocalı həqiqətləri barədə tarixi faktların qeyd olunduğu QR kodlar yerləşdirilib.

Aksiya gün ərzində minlərlə şəhər sakini və turist tərəfindən izlənilib, ictimaiyyət arasında geniş maraq doğurub.

Qeyd edək ki, eyni vaxtda ABŞ-nin paytaxtı Vaşinqtonda və Nyu-York şəhərində də bu cür genişmiqyaslı məlumatlandırma aksiyası keçirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər