Kubanıçbek Ömüraliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anıb
Siyasət
39
16:45, Bu gün

Kubanıçbek Ömüraliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anıb

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Xocalı soyqırımının 34-cü ildönümünü ilə bağlı paylaşım edib.

Moderator.az xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu faciəvi cinayətin günahsız qurbanlarının xatirəsini dərin ehtiramla anırıq. Biz Azərbaycan hökuməti və xalqı ilə sarsılmaz həmrəyliyimizi ifadə edir, xalqın ağrı və kədərini bölüşdüyümüzü bildirir, davamlı birliyimizi bir daha təsdiqləyirik", - deyə Baş katib qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər