22:12
6°C
Bakı
Rusiya Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılmasını istəmir.
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Yuri Avaqyan deyib.
ABŞ ilə yeni atom elektrik stansiyasının tikintisi layihəsinə diqqət çəkən ekspert bildirib ki, bu, siyasi layihədir və Rusiyanın Ermənistandakı rolunu daha da azaldacaq.
Politoloq əlavə edib ki, sərhədlərin açılması Ermənistan üçün müsbət olsa da, Rusiya məsələyə belə yanaşmır:
“Blokadanın qalxması onlara sərf etmir. İllərdir münaqişə və sərhədlərin bağlı qalmasından istifadə edirdilər. Rusiya sülhdən faydalanmır”.
Yuri Avaqyan Azərbaycanla bağlı isə söyləyib ki, Moskvanın artıq Bakıya təsir imkanları mövcud deyil:
“Rusiyanın Azərbaycanı cilovlamaq imkanı artıq yoxdur”.