Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Siyasət
225
13:56, Bu gün

Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Moderator.az bununla bağlı President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 ədəd subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması, qazılması və əhalinin içməli su ilə təmin olunması üçün müvafiq tədbirlər görməlidir.

Bundan başqa, "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər