02:13
6°C
Bakı
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycana gəlib.
Moderator.az xəbər verir ki, bu barədə F.Oktay "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, Azərbaycana səfərinin məqsədi 10-cu Türkiyə-Azərbaycan-Gürcüstan Parlamentlərinin Xarici işlər komitələrinin üçtərəfli görüşündə iştirak etmək və rəsmi danışıqlar aparmaqdır.
"Səfirliyimiz tərəfindən təşkil edilən iftar süfrəsində qardaş və bacılarımızla görüşmək, görüşlərdən və müzakirələrimizdən əvvəl məlumat almaq və söhbət etmək imkanı əldə etdik", - deyə F.Oktay vurğulayıb.
