Prezident minimum əməkhaqqı ilə bağlı qanunda dəyişikliyi TƏSDİQLƏDİ
Siyasət
292
12:56, Bu gün

Prezident minimum əməkhaqqı ilə bağlı qanunda dəyişikliyi TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilib.

Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliklə minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılması təsdiqlənib.

Qanuna əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Dövlət başçısı "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər