22:55
7°C
Bakı
Xarici işlər naziri Ceyhun Bayramov Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla telefon danışığı keçirib.
Moderator.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat verilib.
Nazirlər görüş zamanı Pakistan-Azərbaycan ikitərəfli əməkdaşlıq məsələlərini, regional və beynəlxalq gündəmdə duran mövzuları müzakirə ediblər. Söhbət zamanı Vaşinqtonda keçirilən və hər iki tərəfin iştirak etdiyi Sülh Şurasının ilk iclası da diqqət mərkəzində olub.
Tərəflər qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə sıx əlaqə və koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.