Ağ Ev sosial şəbəkələrdə Sülh Şurasının birinci iclasında İlham Əliyevlə Paşinyanın əl sıxışdığı fotonu paylaşıb - FOTO
Siyasət
181
19:05, Bu gün

Ağ Ev sosial şəbəkələrdə Sülh Şurasının birinci iclasında İlham Əliyevlə Paşinyanın əl sıxışdığı fotonu paylaşıb - FOTO

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Evin sosial şəbəkələrdəki səhifəsində ötən gün Vaşinqtonda keçirilən Sülh Şurasının birinci iclası ilə bağlı paylaşım edib.

Moderator.az xəbər verir ki, Ağ Evin paylaşdığı tarixi fotolar arasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın əl sıxışdığı foto da yer alıb.

"Sülhdən daha vacib heç nə yoxdur. Bugünkü görüş sübut edir ki, qətiyyətli rəhbərliklə qeyri-mümkün heç nə yoxdur. Mən vəzifəyə başlayanda Qəzzada şiddətli müharibə gedirdi..... Qəzzada müharibə bitib", - Ağ Ev ABŞ Prezidenti Donald Trampın sözlərindən sitat gətirib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər