Son vaxtlar xaricdə fəaliyyət göstərən bəzi anti-milli ünsürlərin Azərbaycana qarşı yönəlmiş fəaliyyəti diqqət çəkir. Bu qruplar müxtəlif ölkələrdə Azərbaycan əleyhinə qərəzli tədbirlər təşkil etməyə və şüarlar səsləndirməyə çalışırlar. Həmin ünsürlər böyük beynəlxalq tədbirin keçirildiyi gün Vaşinqtonda ABŞ-ın təhlükəsizlik qaydalarını kobud şəkildə pozublar.
Milli Məclisin deputatı Vüqar Bayramov Moderator.az-a məsələ ilə bağlı münasibət bildirərək qeyd edib ki, ölkəmizin gücü və xalq-iktidar birliyi belə cəhdlərin qarşısını almağa kifayət edir:
"Bu cür anti-azərbaycanlı fəaliyyətlər ölkəmizin gücünə təsir göstərə bilməz və onların aqressivliyi Azərbaycanın mövqeyinin möhkəmlənməsi ilə birbaşa bağlıdır.
Azərbaycanın güclənməsi və geosiyasi mövqeyinin möhkəmlənməsi bəzi xaricdə yaşayan anti-azərbaycanlı ünsürlərin aqressivliyini artırır. Vaşinqtonda və daha əvvəl Münhendə baş verən hadisələr bunu açıq şəkildə göstərir. Belə qruplar xaricdən maliyyələşir və ölkəmizin regionda formalaşdırdığı möhkəm düzəni hədəf alırlar. Lakin Azərbaycan həm güclü, həm də xalq-iktidar birliyinə sahib ölkədir. Bu birliyi sarsıtmaq heç bir anti-milli qrupun gücündə deyil və onların fəaliyyəti nə ölkənin gücünə, nə də vətəndaşların birliyinə təsir göstərə bilməz".
Pərvin Şakirqızı