Azərbaycanla Keniya, Qambiya, Laos və Maldiv arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq.
Moderator.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin fevralın 19-da keçirilən iclasında müzakirə olunan "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Qərarında dəyişikliklər edilməsi layihəsində öz əksini tapıb.
Sənədə görə, işçi qruplarının rəhbərləri aşağıdakı şəxslər olacaq:
- Azərbaycan-Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Namazov Ramid Zakir oğlu;
- Azərbaycan-Qambiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Qurbanov Eyvaz Daşdəmir oğlu;
- Azərbaycan-Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Paşayeva Gülşən Məmmədəli qızı;
- Azərbaycan-Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Allahverənov Azər Kərim oğlu;
Bundan başqa, Azərbaycan - Nepal parlamentlərarası işçi qrupunun sədrinin dəyişməsi təklif olunur.
Belə ki, sözügedən vəzifəyə Vasif Qafarov təklif edilir.
Qeyd edək ki, adıçəkilən işçi qrupunun rəhbəri Əli Hüseynlidir.
