Azərbaycan UNESCO-da mühüm vəzifəyə seçilib
Siyasət
165
16:40, Bu gün

Azərbaycan UNESCO-da mühüm vəzifəyə seçilib

17–20 fevral tarixlərində UNESCO-nun mənzil-qərargahında Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitənin 19-cu sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi təmsil olunub.

Bu barədə Moderator.az-a Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyindən məlumat verilib.

Məlumata görə, iclasın gündəliyinə uyğun olaraq, 20 fevral tarixində Komitənin 20-ci sessiyası üçün Büronun tərkibinə seçkilər keçirilib.

Bildirilib ki, seçkilərin nəticəsinə əsasən, Azərbaycan yekdilliklə Büronun sədr müavini vəzifəsinə seçilib.

“Azərbaycanın bu mühüm vəzifəyə seçilməsi ölkəmizin mədəni müxtəlifliyin qorunması və təşviqi, habelə UNESCO-nun müvafiq konvensiyasının məqsəd və prinsiplərinin həyata keçirilməsinə verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir”, - qeyd olunub.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər