Qaya Məmmədov:
Siyasət
155
12:09, Bu gün

Qaya Məmmədov: "ATƏT aktual qala bilməsi üçün səhvlərini təhlil etməlidir"

ATƏT Parlament Assambleyasının qış sessiyası Avstriyanın paytaxtı Vyana şəhərində öz işinə başlamışdır. Sessiya çərçivəsində ATƏT məkanında sülh, təhlükəsizlik və əməkdaşlıq sahəsində müzakirələr keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti sessiyanın işində iştirak edir. 
 
Nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov “Ukraynada və onun hüdudlarından kənarda Helsinki prinsipləri uğrunda mübarizə: müfəssəl təhlükəsizlik əsasında regional sülhün təmin edilməsi” mövzusunda keçirilən debatda çıxış etmişdir.  
 
Q. Məmmədov Helsinki Yekun Aktının əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri ardıcıl və ikili standartlara yol verilmədən qorunmalıdır. Millət vəkili qeyd etmişdir ki, bu prinsiplərin selektiv şəkildə tətbiqi ATƏT məkanında hərtərəfli təhlükəsizliyi sarsıdır.
 
Q. Məmmədov bildirmişdir: “Ukraynada davam edən müharibə regional və qlobal sabitlik üçün ciddi çağırış olaraq qalır. Biz Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə möhkəm dəstəyimizi bir daha bəyan edirik. Ukraynaya humanitar yardım göstərməklə praktik dəstəyimizi davam etdiririk.
 
Ermənistan və Azərbaycan arasında baş verən son inkişaflar sülhün mümkün olduğunu göstərir. 2025-ci ilin avqust ayında keçirilmiş Vaşinqton sülh sammiti Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında tarixi dönüş nöqtəsi olmuşdur. Amerika Birləşmiş Ştatların xüsusilə də sülh prosesinin möhkəmləndirilməsinə töhfə vermiş Prezident Trampın konstruktiv rolunu yüksək qiymətləndiririk. ABŞ-ın vitse-prezidenti Vensin Azərbaycana və Ermənistana son səfəri ABŞ-ın regionumuzda sülhə, bağlantılara və inkişafa davamlı sadiqliyinin güclü siqnalı olmuşdur.
 
Bu gün Azərbaycan və Ermənistan faktiki olaraq sülh şəraitində yaşayır. Sülh hər iki ölkəyə daha çevik xarici siyasət yürütməyə və xalqlarının rifahı naminə əməkdaşlığın istifadə olunmamış potensialından yararlanmağa imkan verir. Birbaşa ikitərəfli danışıqlar ən effektiv irəliləyiş yolu olduğunu sübut etmişdir. Hökumətlər, parlamentlər və vətəndaş cəmiyyəti arasında müntəzəm təmaslar mövcuddur. Ticarət və tranzit sahəsində real addımlarla praktik əməkdaşlıq formalaşır. Bu dinamikanı qorumaq üçün maneələrin tam aradan qaldırılması və öhdəliklərin tam icrası zəruridir. Bu baxımdan, TRIPP-in vaxtında reallaşdırılması sülh prosesinin düzgün istiqamətdə davam etməsi üçün həyati əhəmiyyət daşıyır”. 
 
Q. Məmmədov ATƏT-in müfəssəl təhlükəsizlik konsepsiyasının aktual və zəruri olaraq qaldığını qeyd edərək, səhvlərdən nəticə çıxarmağın, konsensus prinsipinin və praktik nəticələrə yönələn fəaliyyətin əhəmiyyətini vurğulamışdır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər