Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında bu il sülh müqaviləsinin imzalanmasının gözlənilib-gözlənilmədiyinə aydınlıq gətirib.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
“Bilirsiniz ki, bu bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistan Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, hesab edirəm ki, artıq Ermənistan və Azərbaycan arasında sülh əldə edilib. Vaşinqton Zirvə görüşündəki razılaşmalar, imzalanmış birgə bəyannamə və sülh müqaviləsinin paraflanması de-fakto sülh deməkdir. Bunun formal tərəfi Ermənistandan asılıdır. Nə qədər tez konstitusiyaya dəyişiklik edilərsə və Azərbaycana qarşı olan ərazi iddiası oradan çıxarılarsa, o qədər də tez sülh müqaviləsi imzalanacaq”, - Azərbaycan Prezidenti qeyd edib.