00:02
12°C
Bakı
“Azərbaycanla Ermənistan arasında tənzimlənən münasibətlər region üçün yeni imkanlar yaradır və bölgəyə yeni aktuallıq qazandırır”.
Moderator.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Münxen Təhlükəsizlik Konfransında panel müzakirəsində deyib.
O qeyd edib ki, Gürcüstan sabit ölkə olaraq bütün qonşuları ilə strateji münasibətlərlə bağlıdır.
"Biz dəyişikliklər dövründə yaşayırıq və bu da bizim regionu daha vacib edir. Gürcüstan Avropa ilə Asiyanı birləşdirən yoldur və Avropa İttifaqı üçün önəmlidir. Nəqliyyat bağlantıları məsələsi kritik dərəcədə əhəmiyyətli məsələdir. Bu prosesdə biz qonşularımız - Azərbaycan və Türkiyə ilə birgə işləyirik", - nazir əlavə edib.