Prezident İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb - FOTO
Siyasət
161
18:15, Bu gün

Prezident İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb.

Moderator.az xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin ötən ilin dekabrında Slovakiyaya rəsmi səfəri məmnunluqla xatırlanaraq, yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi vurğulandı.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərin qarşılıqlı anlaşma və dəstəyə əsaslandığı vurğulandı, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğu bildirildi, bu xüsusda hərbi-texniki sahədə tərəfdaşlığın inkişafından məmnunluq ifadə edildi, bu tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər