QMİ sədri ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri ilə görüşüb
Siyasət
453
12 Feb 2026 | 21:00

QMİ sədri ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri ilə görüşüb

Fevralın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Moderator.az xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidməti məlumat verib.

Görüş zamanı Azərbaycanın dinlərarası əməkdaşlıq sahəsində zəngin təcrübəsi, tolerantlıq mühiti, multikultural dəyərləri ətrafında müzakirələr aparılıb.

Şeyxülislam A. Paşazadə Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq modelinin tarixi və müasir məqamlarına aydınlıq gətirib.

O tolerantlıq, etnik, dini tolerantlıq və konfessiyalararası mehriban münasibətlərin Azərbaycanın həyati reallığı olduğunu, bunun xalqımızın gündəlik həyat tərzi olduğunu və ölkəmizdəki dini konfessiyaların hər zaman vətənimiz üçün mühüm məqamlarda bir yerdə olduğunu vurğulayıb.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər