Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq
Siyasət
150
17:35, Bu gün

Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq

Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir.

Moderator.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

“Bu sahə də kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır”, - Prezident İlham Əliyev vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər