Seçkilərə qədər sülh sazişi imzalamalıyıq - Paşinyan
Siyasət
309
10 Feb 2026 | 23:50

Seçkilərə qədər sülh sazişi imzalamalıyıq - Paşinyan

Ermənistan hakimiyyətinin gündəliyində parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanması var.

Moderator.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

“Mənim belə bir gündəliyim var. Gəlin, qavrayışlardan danışmayaq. Ötən ilin mart ayında müzakirələr (sülh müqaviləsi layihəsi ilə bağlı) başa çatdığı üçün ötən ilin dekabr, oktyabr və aprel aylarında imzalanma gündəliyə daxil idi. Ona görə də biz işimizi davam etdirəcəyik”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər