Siyasət
255
20:49, Bu gün

"Haber Global": "Vensin Bakıya səfəri həm də Türkiyə üçün çox önəmlidir" - VİDEO

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri təkcə region və Azərbaycan üçün deyil, həm də Türkiyə üçün də çox önəmli səfərlərdən biridir.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının Ceyms Devid Vensin Azərbaycana səfəri barədə hazırladığı süjetdə bəhs edilir.

Süjetdə Ceyms Devid Vens və Azərbaycan Prezidenti İlham Əliyevin imzaladıqları ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının həyati sənəd xarakteri daşıdığı vurğulanır.

Qeyd edilir ki, Ceyms Devid Vens mətbuata birgə bəyanatında Bakıda qarşılanmasından məmnun olduğunu bildirib və Azərbaycanın bölgə üçün ifadə etdiyi gücdən danışıb.

Prezident İlham Əliyev isə Azərbaycanın ABŞ ilə əlaqələrindən və bundan sonra iki ölkə arasında görüləcək işlərdən bəhs edib.

 

Link kopyalandı!
Son xəbərlər