ABŞ Səfirliyi: Biznes nümayəndə heyətinin Bakıya səfəri əməkdaşlıq üçün yeni imkanlar açır
Siyasət
124
20:25, Bu gün

ABŞ Səfirliyi: Biznes nümayəndə heyətinin Bakıya səfəri əməkdaşlıq üçün yeni imkanlar açır

ABŞ Ticarət Palatası Azərbaycana ilk tarixi biznes missiyasını başa vurub. Ticarət Nazirliyi ilə tərəfdaşlıqda təşkil olunan missiyaya Azərbaycan Prezidenti İlham Əliyevlə görüş də daxil olmaqla bir neçə sektoral dəyirmi masa və siyasi dialoq daxil idi.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi bildirib.

"İlk missiya ABŞ özəl sektoru ilə Azərbaycan hökuməti və biznes liderləri arasında dialoq üçün yeni kanallar açır. Son iki gün ərzində biz iqtisadi prioritetləri, investisiya mühitini və energetika, rəqəmsal iqtisadiyyat, nəqliyyat və müdafiə kimi əsas sahələrdə uzunmüddətli tərəfdaşlığı müzakirə etdik", - nümayəndə heyətinə rəhbərlik edən ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.

"30 aparıcı şirkətimizin bu tarixi səfəri ABŞ-Azərbaycan münasibətlərində mühüm mərhələdir və Prezident Donald Trampın Cənubi Qafqazda davamlı sülh və rifah təmin etmək baxışının reallaşdırılması istiqamətində növbəti addımdır. Bu gün vitse-prezident Vens və Prezident Əliyev ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını imzaladılar. Bu nümayəndə heyətinin şirkətləri ilə əməkdaşlıqda strateji tərəfdaşlığımız hər iki ölkəyə fayda gətirərək əsas perspektivli sektorlarda qarşılıqlı əlaqəni inkişaf etdirəcək", - ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon deyib.

"Visa"nın Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropadakı baş vitse-prezidenti və regional meneceri Kristina Doros bildirib ki, şirkət bu mühüm biznes missiyasını və Azərbaycanda böyüyən rəqəmsal ödəniş sistemini dəstəkləməkdən qürur duyur, həmçinin "Visa" biznesə kömək edən və ölkənin iqtisadi transformasiyasına töhfə verən innovasiyaların tətbiqi, maliyyə inklüzivliyi və təhlükəsiz nağdsız həllərin təqdim edilməsinə sadiqdir.

Link kopyalandı!
Son xəbərlər