ABŞ-ın Vitse-prezidenti: Əminəm ki, sülh sazişinin reallaşması gələcəkdə əmin-amanlıq yaradacaq
Siyasət
264
19:47, Bu gün

ABŞ-ın Vitse-prezidenti: Əminəm ki, sülh sazişinin reallaşması gələcəkdə əmin-amanlıq yaradacaq

Biz çalışırıq ki, iki ölkə hansı bir toqquşma yenidən başlamasın xalqlar arasında təmaslar qurulsun və biz bu yolla irəliləmək istəyirik.

Moderator.az xəbər verir ki, bu sözləri ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Sülh istiqamətində atılan addımlara toxunan Vitse-prezident əlavə edib: “Buna görə Prezident İlham Əliyevə böyük təşəkkür düşür”.

Sülh sazişinin reallaşmasının gələcəkdə əmin-amanlıq yaradacağına və münaqişənin qarşısını alacağına əminliyini ifadə edən Ceyms Devid Vens bunu Prezident İlham Əliyevin rəhbərlik keyfiyyətlərinin təzahürü adlandırıb.

Link kopyalandı!
Son xəbərlər