20:55
1°C
Bakı
Əvvəllər münaqişənin olduğu yerdə rifah yaradacağıq.
Moderator.az-ın xəbərinə görə, bunu ABŞ Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.
“Münaqişələrin və müharibələrin baş verməsinin qarşısını ala biləcək ən böyük məsələlərdən biri iki xalqın birlikdə çalışaraq böyük rifaha nail olmasıdır. Sülhü ABŞ Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri yaradıb. Birgə səylər nəticəsində əvvəllər müharibənin olduğu yerdə sülh yaradıldı. Gələcəkdə bir vaxtlar yalnız döyüş və münaqişənin olduğu yerdə isə rifah yaradacağıq”, - ABŞ Vitse-prezidenti vurğulayıb.