21:49
2°C
Bakı
"Bu gün ABŞ və Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur”.
Moderator.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Venslə mətbuata birgə bəyanatında deyib.
Azərbaycan Prezidenti bildirib ki, ABŞ-la təhlükəsizlik sahəsində, enerji sahəsində əməkdaşlığı davam etdirəcəyik: “Azərbaycan 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO ölkələridir. Biz həmçinin müdafiə sahəsində əməkdaşlığın yeni səhifəsini açırıq”.