Qarafuliç və Akgün WUF13 çərçivəsində Azərbaycana dəstəyi müzakirə ediblər
Siyasət
220
18:57, Bu gün

Qarafuliç və Akgün WUF13 çərçivəsində Azərbaycana dəstəyi müzakirə ediblər

BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç və Türkiyənin səfiri Birol Akgün Azərbaycana dəstək çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Moderator.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Səmərəli diskussiyaya görə təşəkkür edirik. Biz Türkiyənin Bakıdakı səfirliyinin və BMT nümayəndəliyinin Azərbaycana dəstək çərçivəsində, o cümlədən WUF13 kontekstində necə birgə işləyə biləcəyini müzakirə etdik", - məlumatda bildirilib.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) 2026-cı il mayın 17-dən 22-dək Bakıda keçiriləcək.

Link kopyalandı!
Son xəbərlər