Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
Moderator.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Nazir Ceyhun Bayramov İslamabadda məsciddə baş vermiş terror hadisəsini qınayıb, həlak olanların ailələrinə, Pakistan hökumətinə və xalqına dərin hüznlə başsağlığı diləklərini çatdırıb. Ölkəmizin terrorla mübarizə səylərində daim Pakistanın yanında olduğunu vurğulayıb.
Telefon danışığı zamanı, həmçinin Azərbaycanla Pakistan arasında tərəfdaşlıq əlaqələrinin müxtəlif aspektləri, iki ölkə arasında əldə olunmuş razılıqlardan irəli gələn məsələlər, eləcə də regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.
12:55
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini və XİN başçısı Məhəmməd İshaq Dar telefon danışığı aparıblar.
Moderator.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.
Söhbət zamanı C.Bayramov İslamabadda baş verən partlayışla əlaqədar Azərbaycan Prezidenti, hökuməti və xalqı adından başsağlığı verib, Pakistanla həmrəyliyini ifadə edib.
"Baş nazirin müavini/xarici işlər naziri hücumu qətiyyətlə pisləyib və Pakistanın terror təhlükəsi ilə mübarizə əzmini bir daha təsdiqləyib. XİN başçıları həmçinin qarşılıqlı maraq kəsb edən cari regional və beynəlxalq hadisələri müzakirə edib, Pakistanla Azərbaycan arasındakı möhkəm tərəfdaşlığı təsdiqləyiblər", - nazirliyin məlumatında vurğulanıb.