17:59
6°C
Bakı
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından bildirilib.
Qriqoryan və Qrono Ermənistan-Aİ ikitərəfli gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər və münasibətlərin gələcək inkişafına toxunublar.
Görüş zamanı Armen Qriqoryan və Maqdalena Qrono Ermənistanla Azərbaycan arasında qurulan sülh prosesi və son hadisələri də müzakirə ediblər. Bu kontekstdə Qriqoryan regional əlaqə və infrastruktur inkişafı istiqamətində həyata keçirilən proqramları, eləcə də Ermənistanın sülhün təsis edilməsinə yönəlmiş səylərini təqdim edib.