Qərbi Azərbaycan Xronikası:
Siyasət
262
05 Feb 2026 | 23:41

Qərbi Azərbaycan Xronikası: "Erməni ritorikasında yeni xətt: Sülh adı ilə dilənçilik"

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Süjetdə Prezident İlham Əliyevin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası və onun Ermənistanda narahatlıq doğurmasından bəhs edilir.

 

 

Bildirilir ki, bu konsepsiya rəsmi İrəvanda ciddi narahatlıq doğurub:

"Qərbi Azərbaycan və AMEA strukturları erməniləri qorxudur. "Geğard" Elmi-Analitik Fondu tarixi saxtakarlıq əfsanəsinin ifşasından narahatdır. Ümumiyyətlə, Qərbi Azərbaycan mövzusu böyüdükcə erməni ritorikası sərtləşir. Lakin Azərbaycanın yeni mədəni strategiyası regionda bəzi oyunları dəyişir".

Qeyd olunur ki, Azərbaycanın tarixi coğrafiyasına mədəni qayıdış böyük əhəmiyyət daşıyır:

"Ermənistanın YUNESKO-da qeydə aldırdığı yalanların üstü açılır. 1918-ci il gerçəkləri ortaya çıxsa, Ermənistan ciddi fəlakətlərlə üzləşə bilər. İndi erməni ritorikasında yeni xətt açılıb və sülh adı ilə dilənçilik edilir. Avropa Şurasında Qərbi Azərbaycanla bağlı debat isə bu mövzunun beynəlxalq müstəviyə çıxarılması baxımından əhəmiyyətlidir".

Sonda vurğulanır ki, Ermənistan baş nazirinin müavini Armen Gevorkyanın bəzi çıxışları sülh, qorxu və manipulyasiya elementlərini bir araya gətirir və İrəvanı ABŞ və Avropa arasında qalmağa vadar edir:

"Baş nazir Nikol Paşinyan İrəvanda həm sülhün, həm də isterikanın mənbəyinə çevrilib. Artıq erməni siyasətində qurban psixologiyası formalaşır. Ermənistanın əsas qorxusu torpaq deyil, həqiqətdir".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər