Əbu-Dabi-2025-dən Əbu-Dabi-2026-dək: Sülhün bərqərar olunması üçün verilən töhfəyə görə mükafat - VİDEO
Siyasət
179
20:40, Bu gün

Əbu-Dabi-2025-dən Əbu-Dabi-2026-dək: Sülhün bərqərar olunması üçün verilən töhfəyə görə mükafat - VİDEO

"Azərbaycan Prezidenti İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif edilməsi onun Cənubi Qafqazda sülhün bərqərar olunmasına verdiyi həlledici töhfənin beynəlxalq səviyyədə tanınması deməkdir. Ağır və qələbə ilə başa çatan müharibə yolunu keçən Azərbaycan lideri qan tökülməsinə son qoymaq, sabitliyi bərpa etmək və yeni regional təhlükəsizlik arxitekturasını formalaşdırmaq istiqamətində şüurlu seçim etdi".

Moderator.az xəbər verir ki, bu fikirlər "Caliber"in "YouTube" kanalının yeni süjetində qeyd olunub.

"8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında mühüm sənədlərin imzalanması, eləcə də sonradan Əbu-Dabidə baş tutan mükafatlandırma mərasimi, İlham Əliyevin özünü sərhəd xəttində dayanmağı bacaran və regionu sülhə, ticarətə, eləcə də nəqliyyat bağlılığına yönəldən siyasətçi rolunu təsbit etdi. Bu mükafat çoxillik qarşıdurmanı dayanıqlı sülh şəraitində birgəyaşayış prosesinə çevirən səylərin tanınmasının rəmzinə çevrildi", - deyə materialda vurğulanır.

 

Link kopyalandı!
Son xəbərlər