Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ vitse-prezidenti Ceyms Devid Vens İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının açılışından sonra Azərbaycan və Ermənistana səfər edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
Məlumata görə, Vens əvvəlcə İtaliyada keçiriləcək 2026-cı il Qış Olimpiya Oyunlarında ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək, daha sonra isə rəsmi səfər çərçivəsində Bakı və İrəvana yollanacaq.
Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da keçiriləcək.