Siyasət
157
21:55, Bu gün

"Haber Qlobal": "BƏƏ-dən İlham Əliyevə nüfuzlu mükafat" - VİDEO

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub.

Moderator.az xəbər verir ki, "Haber Global" İlham Əliyevə mükafatın təqdim olunması barədə "BƏƏ-dən Əliyevə nüfuzlu mükafat" adlı xüsusi süjet hazırlayıb.

Videosüjetdə Azərbaycan prezidentinin tədbirdəki nitqindən çıxarışlar səsləndirilib.

Telekanal eyni zamanda İlham Əliyevi "regionda sülh strategiyasının memarı" adlandırıb.

 

Link kopyalandı!
Son xəbərlər