Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Əbu-Dabidə keçirilən görüşündə iki ölkə arasında irəli aparılan sülh prosesi müzakirə edilib.
Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının görüş barədə hazırladığı süjetdə bəhs edilir.
Bildirilir ki, görüşdə regional məsələlər barəsində də fikir mübadiləsi aparılıb.
Bu çərçivədə qeyd edilib ki, tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə gerçəkləşdirilən Vaşinqton Sülh Zirvəsinin nəticələrinin tətbiq edilməsində qeydə alınan irəliləməni məmnuniyyətlə qarşılayıblar və normallaşma prosesinin irəlilədilməsinin önəminə diqqət çəkiblər.
Süjetdə vurğulanır ki, Prezidenti İlham Əliyev Ermənistanın baş naziri ilə Zəngəzur dəhlizini və bağlantı layihələrinin tətbiqini də müzakirə edib.