Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə Donald Trampa təşəkkür edib
Siyasət
142
18:00, Bu gün

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə Donald Trampa təşəkkür edib

"Vaşinqtonda Sammitdən sonra ABŞ Prezidenti Donald Tramp tərəfindən təşkil olunmuş görüşdən etibarən biz (Azərbaycan və Ermənistan - red.) artıq əməkdaşlığı qururuq və uzunmüddətli münaqişəyə son qoyuruq".

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində bildirib.

"Mən, həmçinin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm", - deyə dövlətimizin başçısı əlavə edib.

Link kopyalandı!
Son xəbərlər