Azərbaycandan Ukraynaya generatorlar göndərilib - FOTO
Siyasət
136
17:05, Bu gün

Azərbaycandan Ukraynaya generatorlar göndərilib - FOTO

Azərbaycandan Ukraynaya generatorlar göndərilib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, humanitar yardıma 17 generator, 4 daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.

Diplomat qeyd edib ki, enerji avadanlıqları Azərbaycan vətəndaşları və bir sıra təşkilatlar tərəfindən səfirliyə bağışlanıb.

“Azərbaycan hökumətinə, təşkilatlara və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığımı bildirirəm”, - səfir qeyd edib.

Qeyd edək ki, Azərbaycan dövləti də mütəmadi olaraq Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərir.

Azərbaycandan Ukraynaya generatorlar göndərilibAzərbaycandan Ukraynaya generatorlar göndərilibAzərbaycandan Ukraynaya generatorlar göndərilibAzərbaycandan Ukraynaya generatorlar göndərilibAzərbaycandan Ukraynaya generatorlar göndərilib

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər