Rusiya taxılı Azərbaycandan Ermənistana göndərilib -
Siyasət
356
13:05, Bu gün

Rusiya taxılı Azərbaycandan Ermənistana göndərilib - "Euronews"

"Euronews" xəbər verir ki, Rusiyaya məxsus taxıl yükləri bazar günü Azərbaycan ərazisindən tranzitlə Ermənistana göndərilib. Daşımalar Bakı ilə İrəvan arasında normallaşma prosesinin tərkib hissəsi kimi qiymətləndirilir.
 
Məlumata görə, Rusiyadan yola salınan 25 taxıl vaqonu ümumilikdə 1 746 ton yük daşıyıb və Azərbaycan üzərindən Ermənistana çatdırılıb. Bu günə qədər eyni marşrut üzrə 285 vaqonla təxminən 19 900 ton taxıl daşınıb.
 
Euronews qeyd edir ki, son aylarda bu cür göndərişlər mütəmadi xarakter alıb. İlk belə daşınma ötən ilin noyabrında həyata keçirilib və həmin vaxt Ermənistana Qazaxıstan buğdası göndərilmişdi.
 
Yükdaşımalar regionda sülh gündəliyinin bir hissəsi kimi həyata keçirilir. Tranzit daşımalar 1990-cı illərdən etibarən münaqişə səbəbilə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasından sonra mümkün olub.
 
Xəbərdə bildirilir ki, tranzitə icazə verilməsi ilə bağlı qərar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 21 oktyabr 2025-ci ildə, Astanada Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayevlə keçirilən görüşdən sonra rəsmi şəkildə elan edilib.
 
Bütün göndərişlər Azərbaycan–Gürcüstan–Ermənistan marşrutu üzrə həyata keçirilir. Yüklərin son dayanacağı isə Ermənistanın Dalarik stansiyasıdır.
 
Elbəyi Həsənli, Sürix 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər