Prezident Əliyev: Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır
Siyasət
132
21:38, Bu gün

Prezident Əliyev: Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır

“Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır”.

Moderator.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon söhbəti zamanı bildirib.

Dövlət başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Prezident Məsud Pezeşkian öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər