Ərəb lider Putinin verdiyi gödəkçədə - Kremlə MESAJ
Siyasət
360
14:40, Bu gün

Ərəb lider Putinin verdiyi gödəkçədə - Kremlə MESAJ

Son vaxtlar Rusiya ilə Körfəz ölkələri arasında yaxınlaşma diqqət çəkir. Bu da daha çox Kremlin Qərbin sanksiya divarını aşmaqda yeni diplomatik cığırlar axtarması qələmə verilir. Bu sarıdan yanvarın 29-da Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Moskvaya səfəri geniş müzakirələrə səbəb olub. BƏƏ rəhbəri şimal qonşumuza Rusiya prezidenti Vladimir Putinin 2022-ci ildə ona hədiyyə etdiyi gödəkçə ilə gəlib.

Heç şübhəsiz ki, Putinlə Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyi arasında intensivləşən təmaslar təkcə ikitərəfli münasibətlərin deyil, həm də Yaxın Şərqdə formalaşan yeni geosiyasi xəttin konturlarını üzə çıxarır. Sual isə açıq qalır.

Bu əməkdaşlıqdır, yoxsa Körfəz artıq Qərbdən məsafə saxlayaraq Rusiyaya doğru yeni strateji kurs seçir?

ƏHD partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Musavat.com-a deyib ki, dövlət başçılarının Putinlə görüşə can atmalarına səbəb Trampdır:

“Rusiyaya səfər edən Birləşmiş Ərəb Əmirlikləri prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ilə Rusiya prezidenti Vladimir Putin arasında baş tutan görüş ikitərəfli, çoxşaxəli əməkdaşlığın əsas istiqamətlərini, Yaxın Şərqdə mövcud vəziyyəti, eləcə də beynəlxalq gündəmdə duran digər aktual məsələləri əhatə edib. Bir neçə ildir ki, Rusiya Qərbin-ABŞ-ın sanksiyaları altındadır. Son 4 ildə Rusiya iqtisadiyyatına milyardlarla dollar həcmində ziyan dəyib, Rusiya-Ukrayna müharibəsi səbəbindən. Tramp hakimiyyətə qayıtdıqdan sonra Putinlə bir sıra dövlət başçılarının görüşü diqqəti cəlb edir. Təbii ki, buna Trampın Putinə olan münasibəti də əhəmiyyətli təsir edir. Bu görüşdən bir necə gün qabaq Fransa prezidenti Makronun Putinlə görüşmək arzusunu ifadə etməsi təsadüfü deyil”.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyi tərəfi isə baş tutan görüşlə bağlı bildirir ki, danışıqlarda iqtisadiyyat, ticarət, investisiya və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin reallaşdırılması imkanları diqqət mərkəzində olub:

“Açıq aydın görünür ki, Rusiya iqtisadiyyatının güclənməsi istiqamətində işlər görüləcək. Trampın razılığı olmadan Birləşmiş Ərəb Əmirliyi Rusiyaya səfər etməzdi. Həmçinin onu da qeyd edim ki, fevral ayında Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə BƏƏ-də növbəti danışıqlar planlaşdırılır. Bu görüşün də BƏƏ-də baş tutması ümumi razılığın nəticəsidir”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər