Avropadan İrana böyük zərbə - VİDEO
Siyasət
134
18:35, Bu gün

Avropadan İrana böyük zərbə - VİDEO

Yanvarın 29-da Avropa İttifaqı (Aİ) İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına əlavə edib. Aİ Şurasının 27 üzv dövlətinin xarici işlər nazirləri qərarı yekdilliklə təsdiqləyiblər.

Moderator.az-ın məlumatına görə, bu barədə "Azad İran" "YouTube" kanalının son analitik materialında məlumat verilib.

 

 

Aİ əvvəllər "Əl-Qaidə", İŞİD və HƏMAS kimi silahlı qrupları bu siyahıya daxil edib. Siyahıdan irəli gələn hüquqi nəticələr bütün Aİ üzv dövlətləri üçün məcburidir.

SEPAH-ın Aİ-nin terror təşkilatları siyahısına əlavə edilməsi məsələsi İranda xalq etirazlarının qəddarcasına yatırılmasından və SEPAH-ın törədilən cinayətlərdəki rolunun aydınlaşdırılmasından sonra gündəmə gəlib.

Eyni zamanda, Aİ İranda insan haqlarının ciddi şəkildə pozulmasında məsul olan 15 şəxsə və 6 təşkilata qarşı sanksiyalar tətbiq etməyə qərar verib. Bu tədbirlər dinc etirazların zorakılıqla yatırılması, o cümlədən təhlükəsizlik qüvvələri tərəfindən nümayişçilərə qarşı zorakılıq, özbaşına həbslər səbəbindən tətbiq edilib.

Sanksiya siyahısına İranın hüquq-mühafizə orqanlarının çoxsaylı üzvləri, o cümlədən daxili işlər naziri İsgəndər Mömini, baş prokuror Məhəmməd Müvahidi Azad və İnqilab Məhkəməsinin hakimi İman Əfşari daxildir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər