XİN rəhbərinin müavini ABŞ Konqresinin nümayəndələri ilə 907-ci düzəlişin ləğv edilməsini müzakirə edib - FOTO
Siyasət
133
17:58, Bu gün

XİN rəhbərinin müavini ABŞ Konqresinin nümayəndələri ilə 907-ci düzəlişin ləğv edilməsini müzakirə edib - FOTO

30 yanvar 2026-cı il tarixində xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin peşəkar heyətini qəbul edib.

XİN-dən Moderator.az-a verilən xəbərə görə, görüşdə cari regional vəziyyət, 8 Avqust Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmaların əhəmiyyəti, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh sazişi ilə bağlı görülən tədbirlər, yekunlaşmaqda olan ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası layihəsi, eləcə də ikitərəfli gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüş zamanı həmçinin Azərbaycanla bağlı Konqresdə qaldırılmış təşəbbüslər üzrə fikir mübadiləsi aparılıb və Azadlığa Dəstək Aktına 907-ci düzəlişin Azərbaycana münasibətdə ləğv edilməsinin əhəmiyyəti vurğulanıb.

XİN rəhbərinin müavini ABŞ nümayəndələri ilə 907-ci düzəlişin ləğv edilməsini müzakirə edibXİN rəhbərinin müavini ABŞ nümayəndələri ilə 907-ci düzəlişin ləğv edilməsini müzakirə edib

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər