Vilayət Quliyev:
Siyasət
111
21:57, Bu gün

Vilayət Quliyev: "Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif edib"

"Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejimin müəyyən edilməsi proseduruna başlamağı təklif edib".

Moderator.az xəbər verir ki, bunu Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev "Sarajevo Times" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, vizasız rejim səfərləri, turizmi və insanlar arasındakı mübadiləni əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

Vilayət Quliyev qeyd edib ki, Azərbaycan qətiyyətlə əməkdaşlıq, qarşılıqlı hörmət və dinc inkişafın tərəfdarı kimi çıxış edir: "Biz Bosniya və Herseqovinanı dost və mühüm tərəfdaş kimi görürük və əminik ki, münasibətlərimiz hər iki ölkənin və gələcək nəsillərin rifahı naminə inkişaf etməyə davam edəcək. Bu ruhda Azərbaycan cəmiyyətlərin yaxınlaşmasında və vətəndaşlar üçün real faydaların yaradılmasında mühüm rolunu qəbul edərək, ölkələrimiz arasında turizmi və işgüzar fəallığı daha da təşviq etməyə çalışır".

O əlavə edib ki, hər iki ölkə yüksəksəviyyəli səfərlərin artırılması, müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsi və iqtisadi tərəfdaşlıq üzrə birgə komissiyanın yaradılması üçün münasibətləri dərinləşdirməyə hazırdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər