19:26
6°C
Bakı
Bakı Beynəlxalq Qadınlar Klubunda yeni təyinat olub.
Moderator.az xəbər verir ki, fevralın 1-dən etibarən Bakı Beynəlxalq Qadınlar Klubunun prezidenti vəzifəsinə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin həyat yoldaşı Asemgül Bayel seçilib.
Qeyd edək ki, Bakı Beynəlxalq Qadınlar Klubu təxminən otuz il əvvəl təsis edilib, müxtəlif ölkə və mədəniyyətləri təmsil edən qadınları dostluğun, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, eləcə də xeyriyyə və sosial layihələrin dəstəklənməsi məqsədilə birləşdirən qeyri-kommersiya təşkilatıdır.