Türkiyə ilə Aİ arasında növbəti siyasi dialoq toplantısı keçirilib - FOTO
Siyasət
283
27 Jan 2026 | 22:55

Türkiyə ilə Aİ arasında növbəti siyasi dialoq toplantısı keçirilib - FOTO

Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında siyasi dialoq toplantısı keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, toplantı Türkiyənin XİN başçısının müavini Kemal Bozay və Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin siyasi məsələlər üzrə baş katibinin köməkçisi Olof Skuqun həmsədrliyi ilə Ankarada baş tutub.

Qeyd edək ki, yanvarın 26-da Olof Skuq Türkiyə xarici işlər nazirinin müavini Zeki Levent Gümrükçü ilə Avropanın təhlükəsizliyinə dair məsələləri müzakirə edib.

 

Link kopyalandı!
Son xəbərlər