Azərbaycan və Ermənistan dəmiryoluyla Rusiyadan sıxılmış qaz və bitum çatdırılması barədə razılığa gəlib
Siyasət
180
20:55, Bu gün

Azərbaycan və Ermənistan dəmiryoluyla Rusiyadan sıxılmış qaz və bitum çatdırılması barədə razılığa gəlib

İrəvan, Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə Rusiyadan mayeləşdirilmiş təbii qaz və bitum tədarükü üçün Bakı ilə razılığa gəlib.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat naziri Gevork Papoyan sosial media hesabında məlumat verib.

Əvvəllər İran və Gürcüstan üzərindən logistika problemləri səbəbilə yaranan mayeləşdirilmiş qaz qıtlığı fonunda Ermənistan hökumətinin Rusiyadan mayeləşdirilmiş qazı Azərbaycan ərazisindən keçirməklə idxal etmək qərarına gəldiyi ilə bağlı xəbərlər yayılmışdı.

Daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyadan yüklərin tranzit daşınması ilə bağlı Ermənistanın Azərbaycana müraciət etdiyini açıqlamışdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər