XIII Qlobal Bakı Forumuna hazırlıq müzakirə olunub
Siyasət
110
19:57, Bu gün

XIII Qlobal Bakı Forumuna hazırlıq müzakirə olunub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon ilə görüş keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə mərkəz "X" sosial şəbəkəsində məlumat yayıb.

"Məhsuldar görüş zamanı tərəflər əməkdaşlığın gücləndirilməsi məsələsini, həmçinin martda keçirilməsi nəzərdə tutulan XIII Qlobal Bakı Forumuna hazırlığı müzakirə ediblər", - məlumatda bildirilib.

Qeyd edək ki, XIII Qlobal Bakı Forumu bu ilin martın 12-14-də keçiriləcək. Forumda 400-dən çox əcnəbi qonaq iştirak edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər