İrandan Azərbaycana qarşı təhdid və böhtan kampaniyası - VİDEO
Siyasət
149
19:27, Bu gün

İrandan Azərbaycana qarşı təhdid və böhtan kampaniyası - VİDEO

"Bütün dünyanın İranda və onun ətrafında baş verənləri diqqət və həyəcanla izlədiyi, regiona böyük hərbi qüvvə toplamış ABŞ-nin bu ölkəyə hücum edib-etməyəcəyi barədə fikirlər yürütdüyü bir zamanda İran da qonşularını, o cümlədən Azərbaycanı hədələməklə məşğuldur. Özü də bu hədələr təkcə mümkün hərb ssenarisində Azərbaycanın prosesdən kənar qala bilməyəcəyi, hansısa formada ziyan çəkəcəyi ilə bağlı bəyanatlarla məhdudlaşmır, həm də İranın ABŞ və İsraillə qarşıdurmasında potensial hədəf ola biləcəyi barədə açıq təhdidləri də ehtiva edir".

Bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

 

 

"Bu kontekstdə Azərbaycanın guya İrana qarşı hansısa planlarda yer aldığı, İran əleyhinə olan güclərlə əməkdaşlıq etdiyi barədə cəfəng iddialar və əsassız ittihamlar irəli sürülür. Beləliklə, ötən il İran ilə İsrail arasında baş vermiş 12 günlük müharibə dövründə İranda Azərbaycana qarşı aparılmış böhtan kampaniyası yenidən təkrar olunur və getdikcə genişlənir.

Yanvarın 23-də "Sepah"a bağlı "Fars" informasiya agentliyi ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi hücumun geniş regional müharibəyə çevriləcəyi ilə bağlı Tehranın xəbərdarlığını ehtiva edən yazı dərc edib. Bildirilib ki, İranın müdafiə doktrinasındakı dəyişikliyə əsasən, mümkün hərbi qarşıdurmada müharibə alovu Vaşinqtonun bölgədəki müttəfiqlərini də əhatə edəcək.

Bu sırada konkret olaraq, Azərbaycanın adı çəkilib və bildirilib ki, Azərbaycan İsrailin neft idxalının 46,4%-ni təmin etməklə, enerji sahəsində bu ölkənin həyati tərəfdaşı kimi çıxış edir. Yazıda bununla əlaqədar deyilir: "Bu proses Azərbaycanı sionist rejimin təhlükəsizlik zəncirinin bir parçasına çevirib və onu İranın mümkün hədəflərinin ön xəttinə çıxarıb".

Agentlik həmçinin iddia edib ki, enerji sahəsində əməkdaşlıqla yanaşı, İsrailin hərbi hava qüvvələri Azərbaycanda İran sərhədinə yaxın ərazidə yerləşən bazalardan istifadə etmək imkanına malikdir və buradan İran əleyhinə casusluq və müşahidə əməliyyatı həyata keçirir. "Azərbaycan Respublikası daha bitərəf qonşu deyil, düşmənin təhlükəsizlik zəncirinin bir hissəsidir. Qırmız xətt çəkilib və onun keçilməsi Azərbaycanı İranın birbaşa atəş hədəfinə çevirəcəkdir", - deyə materialda diqqətə çatdırılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər