Azərbaycan Yaradıcılıq üzrə Əl İşi Sənayelərinə həsr olunmuş I Beynəlxalq Forumda təmsil olunub - VİDEO
Siyasət
184
17:20, Bu gün

Azərbaycan Yaradıcılıq üzrə Əl İşi Sənayelərinə həsr olunmuş I Beynəlxalq Forumda təmsil olunub - VİDEO

Dövlət Turizm Agentliyi Omanın paytaxtı Məsqətdə keçirilən Yaradıcılıq üzrə Əl İşi Sənayelərinə həsr olunmuş I Beynəlxalq Forumda milli stendlə təmsil olunub.

Moderator.az agentliyə istinadən xəbər verir ki, 22-26 yanvar tarixlərini əhatə edən forum Omanla yanaşı, müxtəlif xarici ölkələrdən yaradıcılıq və əl işi sənayeləri sahəsində fəaliyyət göstərən qurum və müəssisələrin nümayəndələrini bir araya gətirib.

Forum çərçivəsində Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov, Omanın Mədəni İrs və Turizm naziri Seyid İbrahim bin Səid əl-Busaidi və Omanın Kiçik və Orta Müəssisələrin İnkişafı üzrə Qurumunun sədri Halima bint Raşid əl-Zəriyə milli stendi ziyarət edib.

Ziyarətçilər milli stenddə yerli sənətkarlar tərəfindən nümayiş etdirilən Şəkiyə məxsus şəbəkə, təkəlduz və keçə sənəti nümunələri ilə tanış olublar.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər