Ermənistan və Bolqarıstan TRIPP layihəsinin reallaşdırılmasını müzakirə ediblər
Siyasət
189
21:10, Bu gün

Ermənistan və Bolqarıstan TRIPP layihəsinin reallaşdırılmasını müzakirə ediblər

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan və Bolqarıstan parlamentinin Bolqarıstan-Ermənistan dostluq qrupunun sədr müavini Manoil Manevin rəhbərlik etdiyi nümayəndə heyəti Tramp Marşrutu (TRIPP) layihəsinin icrası prosesini müzakirə ediblər.

Moderator.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri yeni səviyyəyə yüksəltmək imkanlarını nəzərdən keçiriblər.

Kostanyan TRIPP layihəsinin icrası üzrə görülən işlərin gedişatı barədə məlumat verərək qeyd edib ki, bu layihə Ermənistan və Bolqarıstan üçün nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.

Bundan əlavə, tərəflər informasiya texnologiyaları, energetika və digər sahələrdə tərəfdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar, həmçinin hibrid təhdidlərlə mübarizə və demokratik inkişafın möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər