Azərbaycan və Ermənistan enerji sistemi necə birləşəcək?
Siyasət
130
22 Jan 2026 | 23:10

Azərbaycan və Ermənistan enerji sistemi necə birləşəcək?

Ermənistan və Azərbaycanın enerji sistemlərinin birləşdirilməsi heç bir texniki çətinlik yaratmamalıdır.

Moderator.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri “Sam Sebe Energetik” Teleqram kanalının müəllifi Aleksey Moskalov deyib.

O bildirib ki, bunlar “SSRİ-nin ümumi elektrik şəbəkəsinin bir hissəsi” kimi yaradılıblar:

“Sovet dövründə Ermənistan və Azərbaycan birbaşa, o cümlədən Razdan İstilik Elektrik Stansiyası ilə Ağstafa yarımstansiyası arasında güclü 330 kV-luq xətt vasitəsilə birləşdirilib. Bərpa edildikdə birbaşa, güclü əlaqə yaradılacaq”.

Moskalov həmçinin vurğulayıb ki, hər iki enerji sistemi artıq Rusiyaya (Azərbaycan birbaşa, Ermənistan Gürcüstan vasitəsilə) və İrana qoşulub.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycanın enerji sistemlərinin birləşdiriləcəyini bildirmişdi.

Link kopyalandı!
Son xəbərlər