Azərbaycan səfiri Rusiya müdafiə nazirinin müavini ilə görüşüb - FOTO
Siyasət
132
21 Jan 2026 | 23:07

Azərbaycan səfiri Rusiya müdafiə nazirinin müavini ilə görüşüb - FOTO

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının Müdafiə Nazirliyində olub və müdafiə nazirinin müavini Vasili Osmakov ilə görüşüb.

Moderator.az xəbər verir ki, görüş zamanı müdafiə nazirlikləri xətti ilə Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb, 2026-cı ildə təmasların və qarşılıqlı səfərlərin qrafiki müzakirə olunub.

Hər iki tərəf 22 fevral 2022-ci il Müttəfiqlik Əməkdaşlığı haqqında Moskva Bəyannaməsinə uyğun olaraq hərbi-siyasi və hərbi-texniki sahələrdə ikitərəfli dialoqun və əməkdaşlığın inkişafına konstruktiv münasibəti təsdiqləyib.

Azərbaycan səfiri Rusiya müdafiə nazirinin müavini ilə görüşübAzərbaycan səfiri Rusiya müdafiə nazirinin müavini ilə görüşüb

Link kopyalandı!
Son xəbərlər