18:47
1°C
Bakı
Ermənistan və Azərbaycan TRIPP layihəsi çərçivəsində elektrik enerjisinin idxal və ixrac imkanlarından qarşılıqlı istifadə edə biləcək.
Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə keçirilən “hökümət saatı” zamanı bildirib.
Paşinyan bildirib ki, Ermənistan və Azərbaycanın enerji sistemləri birmənalı şəkildə birləşdiriləcək.
Onun sözlərinə görə, tərəflər həm ixrac, həm də idxal resurslarından bərabər şərtlərlə istifadə etmək imkanı əldə edəcəklər: “Bəli, birmənalı və qeyd-şərtsiz Ermənistan və Azərbaycanın enerji sistemləri bir-biri ilə birləşdiriləcək və ixrac və idxal imkanlarından eyni şərtlərlə qarşılıqlı şəkildə istifadə edəcəklər”.